Keysi Afflek “Oskar” mükafatını verməkdən imtina edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Amerika aktyoru və kinorejissor Keysi Afflek adının hallandığı seks-qalmaqaldan sonra “Oskar-2018” mükafatının təqdimetmə mərasimində iştirakdan imtina edib.

Milli.Az “Report”a istinadən bildirir ki, bu yaxınlarda iki qadın aktyoru 2010-cu ildə lentə alınan “Mən hələ burdayam” filminin çəkilişləri zamanı cinsi zorakılıqda ittiham ediblər.

İndi Keysi 2018-ci ilin ən yaxşı aktrisasına qızıl heykəlciyi verməkdən imtina edib. Çünki qarşıda duran mərasim zamanı problemlər yaşana bilər.

Aktyor “Time’s Up”ın və “#MeToo” hərəkatının təşəbbüsləri fonunda münaqişədən qorxub.

Afflek 2017-ci ildə “Dəniz kənarında Mançester” filmində aldığı rola görə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar” mükafatı alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp