Kabildə partlayış: 10 nəfər öldü
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib.
Partlayışın gücündən bir neçə binada pəncərə şüşələri sınıb. Məlumata görə, 10 nəfər ölüb, 79 nəfər yaralanıb. Partlayışı bomba qoyulmuş avtomobildə terrorçu-kamikadze törədib.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Milli.Az