İçində azərbaycanlıların da olduğu itən gəminin son görüntüsü – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bir neçə gün öncə Yapon dənizində itkin düşən “Vostok” balıqçı gəmisində çəkilən son video internetdə yayılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, videonu ekipaj üzvlərindən biri çəkib.

“Bax beləcə Zarubinoya gedirik. Mən körpücüyə ona görə qalxmışam ki, orada su axır. İndi hansı yollasa irəliləməyə çalışacağıq. Mən bax orada, aşağıda, buz olan yerdə yaşayıram. Yaxşı, sağ olun, hamıya salamlar. Birtəhər yarıb keçəcəyik”, – video müəllifi kadr arxasında deyir.

Videodan görünür ki, gəmi buzlar arasında qalıb, onun göyərtəsi qarla örtülüb və buzlaşıb. Güclü külək əsir və qar yağır.

Primorye diyarı administrasiyasından bildirilib ki, bu, itən gəmidən göndərilən son videodur. Hazırda axtarışlar davam edir. Mümkün qəza yerindən gəmiyə aid əşyalar və iki xilasedici qayıq tapılıb. Amma onlar boş olub.

“Vostok” balıqçı gəmisi yanvarın 24-də Cənubi Koreyadan Saxalinə gedərkən itib. Traulerdə 21 nəfər olub. Onlardan ikisi azərbaycanlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
İçində azərbaycanlıların da olduğu itən gəminin son görüntüsü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp