İblisin hakim olduğu bazar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İmam Baqir (ə) buyurur: “Yer üzündə ən pis məkan – bazarlardır. (Çünki) bazar – şeytanın meydanıdır. Səhərin əvvəlində bayrağını orada nəsb edər və taxtını qurar. Uşaqlarını hər tərəfə yayar. Tərəzidə az satan insana tərəf və ya tərəzisini yüngül edənə tərəf, ya o kəsə tərəf ki, uzunluğu ölçməkdə oğurluq edir, ya o kəsə tərəf ki, malını satmaq üçün yalan deyir. O, (şeytan) övladlarına deyər: “Atası (Həzrət Adəm) ölmüş insanları aldadın, o halda ki, sizin atanız (İblis) hələ sağdır”.

İblis bazara gələn ilk insanla daxil olar və bazarı tərk edən son insanla geri qayıdar”.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əlbəttə, İmamın (ə) bu buyuruşları halala riayət olunmayan bazarlara aiddir.

 

Həzrət Peyğəmbər (s) bazar haqqında buyurur: “Bazar – xəbərsizlik və qəflət sarayıdır. Hər kim bazarda bir təsbih deyər, Allah onun üçün min-min savab yazar”. (Beytutə)

 

Bazar özü-özlüyündə pis məkan deyildir. İnsanların əməl və rəftarları onu pis yerə çevirmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp