Hakerlər 530 milyon dollarlıq kriptovalyuta oğurladılar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yaponiyada haker hücumu nəticəsində virtual valyuta mübadiləsi üçün əsas portallardan birindən 530 milyon ABŞ dolları məbləğində kriptovalyuta oğurlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, portalın operatoru olan “Coinchech” şirkəti NEÇ kriptovalyutasının yoxa çıxması barədə məlumat yayıb. Hadisə yanvarın 26-da yerli vaxtla saat 15:00 radələrində baş verib. Maliyyə Əməliyyatları İdarəsinə və polisə hadisə barədə məlumat verilib.

Operator şirkətin bildirdiyinə görə, müştərilərə məxsus olan oğurlanan vəsaitə görə onlara kompensasiyaların ödənilməsi və digər məsələlər araşdırılır.

Hazırda şirkətə dəyən ümumi maliyyə zərərinin məbləği də dəqiqləşdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp