Haaqada Azərbaycan-Türkiyə Mədəniyyət Dərnəyinə hücum edilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hollandiyanın Haaqa şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət Dərnəyinə hücum edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün gecə 02:30 radələrində baş verib. Dörd nəfər maskalı naməlum şəxs binaya hücum edərək, onun ön və arxa pəncərələrini sındırıblar.

Dərnəyin sədri İlham Aşkının sözlərinə görə, naməlum şəxslər hadisə yerindən qaçıblar. O qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.

“Hücumun kim tərəfindən törədildiyi önəmli deyil, onlar türk millətinin hüzurunu poza bilməz. Biz öz fəaliyyətimizi davam etdirəcəyik”, deyə Aşkın bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp