Həm görünüşünə, həm də çəkisinə görə fərqlənir: adi daş, yoxsa meteorit?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İsmayıllıda tapılan bir daş hər kəsin diqqətini öz üzərinə çəkib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, adi daşlardan həm görünüşünə, həm də çəkisinə görə fərqlənir. Kiçik görünsə də, onu qaldırmaq elə də asan deyil. Bu daşın meteorit olduğu güman edilir.

İsmayıllı sakinlərindən biri ev tikmək üçün Girdiman çayı ətrafında daş yığarkən bu cismə rast gəlib. Daha sonra isə onu İsmayıllı Tarix Diyarşünaslıq Muzeyinə təhvil verib.

Daş hər kəsin diqqətini öz üzərinə çəksə də, hələ onun dəqiq mənşəyini öyrənmək mümkün olmayıb.

Bu daş həcmcə kiçik olmasına baxmayaraq, çox ağır çəkiyə malikdir. Tərkibi ilə yanaşı, görünüşündəki bəzi məqamlar da daşın qeyri-adiliyindən xəbər verir.

Daşın tərkibi mütəxəssislər tərəfindən öyrənildikdən sonra onun heç bir təhlükə yaratmadığına qərar verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Həm görünüşünə, həm də çəkisinə görə fərqlənir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp