“Gördüm ki, “Keşlə” çox zəifdi”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Keşlə”ni ona görə tərk etdim ki, klubun səviyyəsi çox aşağıdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Keşlə”yə keçidi baş tutmayan ukraynalı yarımmüdafiəçi Anton Postupalenko deyib.

Antalyada təlim-məşq toplanışında olan bakılıların düşərgəsinə bu yaxınlarda qoşulan 30 yaşlı futbolçu qısa müddət sonra vətəninə qayıtmışdı. Ukrayna mətbuatına təəssüratlarını bölüşən 30 yaşlı oyunçu “Keşlə”ni zəif komanda hesab edib: “Menecerim qış fasiləsindəki axtarış zamanı bu komandanı tapdı və məndən ora getməyimi istədi. Onlarla nə müqavilə bağladım, nə də bir söz verdim. Klubun düşərgəsinə yollandım və məşq zamanı gördüm ki, komanda çox zəifdi. Həmçinin legionerləri də güclü deyil. Gələcəyimi yalnız Ukrayna çempionatında görürəm. Fikrimcə, şərq ölkələrində başqa mentalitet var, hər şey fərqlidi”.

Qeyd edək ki, son klubu “Olimpik” olan Anton Postupalenko “Keşlə”dən əvvəl “Veres” klubunda cəmi 1 gün baxışda olub və geri qayıtmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp