Elza Seyidcahan kitab çıxarır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bəstəkar, əməkdar artist Elza Seyidcahan öz şeirlərindən ibarət kitab dərc etdirəcək. 

Milli.Az xəbər verir ki, bu barədə müğənni modern.az saytına məlumat verib.

O bildirib ki, kitab oxuculara fərqli formada təqdim ediləcək: “Bu yaxınlarda gözəl bir tamaşanın premyerası olacaq. Orada mənim də bəstəm səslənəcək. Tezliklə eşidərsiniz. Həmçinin mənə məxsus olan şeirlərdən ibarət kitab dərc etdirmək fikrim var. Qulağınız səsdə olsun, Allahın izni ilə bu layihəmi reallaşdırmaq istəyirəm. O cümlədən şeirlərimdən ibarət kitabımın fərqli təqdimatına da hazırlaşıram. Sadəcə, bir az səbrli olun. Hər şeyi yaxın aylarda görəcəksiniz”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp