Daha az oturmaq üçün ən sadə yol



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Orta statistik ofis işçisi 10 saatını stulda oturaraq keçirir. Əgər bu barədə düşünsəniz, bu statistika heç də təəccüblü deyil. Belə ki, hesabat yazmaq, email-ləri yoxlamaq, telefon zəngləri etmək, internetdə qurdalanmaq və ya TV-yə baxmaq kimi fəaliyyətləri nəzərə alsaq, çoxlarımız günün əsas hissəsini oturaq vəziyyətdə olur.

Oturaq vəziyyətdə uzun müddət qalmaqla piylənmə və çəki artımı riskini artırmış olursunuz. Siz düşünə bilərsiniz ki, oturan zaman kalori yandırmırıq, lakin bunun başqa izahı var.

Milli.Az moneta.az-a istinadən bildirir ki, uzun müddət oturan zaman, siz bədən hüceyrələrinizi fiziki təzyiq altında qoyursunuz. Bu sizin yağ hüceyrələrinizin içində lipid damlacıqların əmələ gəlməsinə səbəb olur. Nəticədə yağ toxumaları genişlənir və yayılır. Bu “hüceyrəvi genişlənmə” sizin yağ hüceyrələrinizin 50%-ə qədər böyüməsinə səbəb olur.

Əsasən də, bir dəfəyə bir neçə saat oturmaq ombada yağ yığılmasını sürətləndirir. Bundan da pisi, sizin yağ hüceyrələriniz böyüyən zaman onlar sərtləşir. Bu da toxumanın pəhriz və idman etməklə azaltmaq çətinləşir.

Yağ toplanması riskini azaltmaq üçün bir neçə sadə şey edə bilərsiniz. Sadə şəkildə desək, siz hərəkət etməlisiniz! Tibbi tədqiqatçılar ofis işçilərinin iş günü ərzində ən azı 2 saat durub gəzməsi və hərəkət etməsini məsləhət görürlər.

Beləliklə, necə başlaya bilərsiniz? Ofisi tərk edib uzun gəzintiyə çıxmağa ehtiyac yoxdur – gün ərzində mütəmadi olaraq təkrarlanan kiçik və sadə hərəkətlər ən effektividir.

Böyük Britaniyada aparılan araşdırma 12 000 qadının qurcalanmaq vərdişlərini və sağlamlığını tədqiq edərək ölüm riski ilə qurcalanmaq arasında əlaqə tapmışlar. Əsasən, nə qədər çox qurcalansan, ölüm riskini o qədər azaltmış olarsan! Oturduğunuz stulda duruşunuzu dəyişməklə, ayağa qalxmaqla və otaqda azacıq hərəkət etməklə uzun müddət oturmaqla əlaqədar yaranacaq riskləri azaltmış olarsınız.

Əgər qısa müddətli fasilələrin sizin məhsuldarlığınıza təsir edəcəyindən narahatsınızsa, o zaman rahat olun! Bunu təsdiq edən heç bir dəlil yoxdur. Faktiki olaraq, araşdırmalar qısa fasilələrin məhsuldarlığı və yaradıcılığı artırdığını göstərir.

İşdə olarkən hər 20 dəqiqədən bir hərəkət etmək üçün şüurlu səy göstərəcəyinizdən əmin olun. Nə qədər çox hərəkət edirsənsə, o qədər yaxşıdır!

Yadda saxlayın, siz çox hərəkətsiz qalmağı bacara bilmərsiniz. Bu dramatik səslənə bilər, lakin bizim oturmaq vərdişlərimiz bizim sağlamlığımıza real risk yaradır. Mütəmadi qaydada hərəkət etməyə səy göstərmək çəkinizin normada qalmasına köməklik edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp