Bakıda partlayış necə baş verdi… – TƏFƏRRÜAT



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hündürmərtəbəli binada güclü partlayış baş verib, 1 nəfər ağır xəsarət alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında yerləşən yaşayış binasında baş verib. MTK-ya məxsus binanın zirzəmisində qaz sızması olub və 1-ci mərtəbədəki mağazalardan birinin satıcısı 57 yaşlı Zahid Mahmudov səhər saatlarında dükanın işığını yandırarkən partlayış baş verib.

Zahid Mahmudov ağır yanıq xəsarətləri ilə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq Şöbəsinə yerləşdirilib.

1-ci mərtəbədə yerləşən 500 kvadratmetrə yaxın dəftərxana ləvazimatları mağazalarına və digər obyektlərə ciddi ziyan dəyib.

Mağazaların qapı-pəncərələri çərçivədən çıxıb, yaxınlıqda yerləşən bəzi binaların, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin pəncərələrinin şüşələri qismən sınıb. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da hadisə yerinə baş çəkib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda partlayış necə baş verdi...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp