Bağışlanmayan 2 günah hansıdır?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Baxmayaraq ki, Allah bəndələrinə qarşı rəhim və rəhmandır, ancaq elə günahlar vardır ki, Allah onları bağışlamır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həm Quran ayələri və həm də Məsumlarımızdan (ə) bizə çatan hədislər günahdan çəkinməyi tövsiyə edir və ona görə tövbə etməyi vurğulayırlar.

 

“Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar”. (“Ənam” 120).

 

Əmirəl-möminin (ə) buyurur: “O insanlara görə təəccüb edirəm ki, əziyyət çəkməyin qorxusundan yeməkdən çəkinirlər. Bəs necə atəşin qorxusundan günahdan çəkinmirlər?”.

 

Bəs Allah hansı günahları bağışlamır?

 

Həzrət Peyğəmbər (s) buyurur: “Bağışlanmayan günahlardan çəkinin. (Biri) (əldə olunan qənimətə) xəyanətdir. Çünki hər kim (qənimətdən əldə olunan) şeylərə xəyanət əli vurar – Qiyamət günü onu özü ilə gətirər.

(İkincisi) ribaxorluqdur. Çünki ribaxor Qiyamət günü şeytanla təmasda olduğu üçün dəli olan insan kimi qəbrindən qalxar”. (Tebyan)

 

İmam Səccad (ə) buyurur: “Allah möminin hər bir günahını bağışlayar, dünya və axirətini həmin günahdan pak edər, məgər iki günahdan başqa: təqiyyəni tərk etmək, qardaşlarının haqqını zay etmək”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp