Azərbaycanda mikroavtobus aşdı, xəsarət alanlar var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Tovuz – Gədəbəy avtomoibl yolunda üç nəfərin xəsaərt alması  ilə nəticələnən yol  qəzası baş verib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gədəbəyin  Şamlıq kəndi ərazisində baş verib.

Hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində üç nəfər xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Goranboy rayon sakinləri  1951-ci il təvəllüdlü Əliyev Səmayə Dünyamalı qızı, 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı və 1999-cı il təvəllüdlü Verdiyeva Zinət Halay qızıdır. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Qəzaya qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Məlumata görə, qəzaya düşənlər Gədəbəyə toya gedirmiş.

Faktla bağlı araşdırma aparılır.`    

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp