“Atletiko Madrid”in məşqçisi 3 oyunluq cəzalandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Atletiko Madrid” klubunun baş məşqçisi Diyeqo Simeone İspaniya Kubokunun ¼ finalı çərçivəsində “Sevilya” ilə keçirilən cavab görüşünün (1:3) yekunu üzrə 3 oyunluq cəzalandırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hakim Xuan Munuera matç zamanı Simeoneni tribunaya göndərib.

Madrid komandasının baş məşqçisi buna görə 1 oyunluq cəza alıb. Bundan əlavə, argentinalı mütəxəssis hakimi istehza ilə alqışladığına görə daha 2 oyun buraxmalı olacaq.

Cəza yalnız İspaniya Kuboku matçlarında qüvvədə olacaq. “Atletiko” turnirdə çıxışını başa vurduğu üçün isə baş məşqçi cəzasını gələn mövsüm çəkəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp