ATƏT PA-nın prezidenti Cənubi Qafqazdakı həlli uzanmış münaqişələri müzakirə edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli və Avstriya Parlamentinin sədri Volfqanq Sobotka ATƏT məkanında həlli uzanmış münaqişələri müzakirə ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ATƏT məkanında olan problemlər barədə danışıqlar zamanı tərəflər Cənubi Qafqazda həlli uzanmış münaqişələri, eləcə də humanitar, miqrasiya və terrorizm məsələlərini müzakirə ediblər.

G.Tsereteli görüşdə ATƏT parlamentarilərinin bu sahədə apardıqları işlər barədə də danışıb.

Qeyd edək ki, fevralın 22-23-də ATƏT-in Parlament Assambleyası Avstriyanın Vyana şəhərində 17-ci illik Qış İclası üçün toplanacaq. Hər il Vyanada təşkil edilən yığıncaq zamanı aktual məsələlər müzakirə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp