Apteklərlə bağlı yeni tələblər müəyyənləşdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu tələb Səhiyyə Nazirliyinin təsdiq etdiyi “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də öz əksini tapıb. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən hazırlanıb.

Yeni qaydalara əsasən xəstələr tərəfindən apteklərə qaytarılan dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir. Həmçinin apteklər tərəfindən ehtiyatda olan hər hansı məhsul sonradan anbarlara qaytarılan zaman fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır. Bundan sonra həmin məhsullar bir müddət karantində saxlanılmalı və yalnız təyin olunmuş cavabdeh şəxsin məhsulun keyfiyyəti barədə müsbət qiymətləndirməsindən sonra satış üçün nəzərdə tutulan məhsullarla eyni sahəyə yerləşdirilməlidir.

Geri çağırılmış məhsullar da daxil olmaqla, qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır.

Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır

Bundan başqa, yeni tələblərdə apteklərə əlavə səlahiyyətlər də verilib. Apteklər artıq diaqnostik test üsullarından, yəni qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi işləri ilə də məşğul ola bilər. Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilməlidir.

Həmçinin aptek ayrıca binada və yə yaxud hər hansı binanın qeyri-yaşayış sahəsində, zirzəmi və yarımzirzəmi istisna olmaqla yerləşdirilə bilər. Aptek özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır.

Dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər bu işləri həyata keçirən həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Apteklərlə bağlı yeni tələblər müəyyənləşdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp