Almaniyada çoxsaylı oğurluqda təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Almaniyada çoxsaylı oğurluq etmiş azərbaycanlı və gürcü saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, saxlanılan 43 yaşlı qadın və 46 yaşlı kişi Manheym şəhərində brend geyim və parfümeriya mağazalarından 5 dəfə oğurluq edib. Oğurlanmış əşyaların dəyəri 6800 avrodan çoxdur.

Saxlanılmış şəxslərin sonuncu oğurluğu nəzarət kameraları ilə qeydə alınıb və onlar cinayət başında tutulub. Onların evində axtarış zamanı oğurlanmış əşyalar aşkar olunub.

Məhkəmə cütlüyün həbsi barədə qərar qəbul edib. Onların digər oğurluq faktları ilə əlaqəli olub olmadıqları araşdırılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp