Aleksis Sançez ilk oyununa çıxdı – “Mançester Yunayted” 4:0 qalib gəldi – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Mançester Yunayted” FA Cup-ın 4-cü turunda “Yeovil Taun”un qonağı olub.

Milli.Az xəbər verir ki, zəif rəqib qarşısında Joze Mourinyo Premyer Liqada ilk 11-ə daxil ola bilməyən oyunçulara yer ver verib. Həmçinin yeni transfer Aleksis Sançezi də əsas heyətdə oyuna buraxıb.

72 dəqiqə meydanda qalan çilili futbolçu ilk 2 qolun yaradılmasında yaxından iştirak edib.

Oyunun 41-ci dəqiqəsində driblinqlə topu cərimə meydançasına qədər gətirən Sançez daha sonra Reşforda ötürmə edib. Əvvəlcə topa nəzarət edə bilməyən Markus daha sonra “Yoevil“in müdafiçilərinin səhvindən istifadə edərək ilk qolu vurmağı bacarıb.

İkinci hissədə də oyun “Mançester Yunayted“in üstünlüyü ilə başlayıb. 61-ci dəqiqədə ilk qolun hazırlayıcısı Aleksis yenidən “səhnəyə” çıxıb. O, cərimə meydançasında ara pası ilə Ander Herreyranı zərbə mövqeyinə çıxarıb. Bu şansı əldən verməyən ispan futbolçu topu qapı xəttindən keçirməyi bacarıb: 0:2.

Matçın digər qolları isə 89-cu dəqiqədə Cessi Linqard və 3-cü əlavə olunmüş dəqiqədə Romelu Lukakudan gəlib.

0:4-lük qalibiyyəylə “Mançester Yunayted” FA Cupda adını növbəti tura yazdırmağı bacarıb. 

Adil Nəcəfov

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aleksis Sançez ilk oyununa çıxdı -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp