Afrindəki terrorçular tələyə düşdülər, Əli Bekki ələ keçirildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə PKK-nın yüksək səviyyəli şəxsləri tələyə düşüblər. Yüksək səviyyəli rəhbərlər hərəkat öncəsi qaçsa da, terror təşkilatının Afrinə məsul olan “Dərviş Afrinli” kod adlı terrorçusu bölgədə qalıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təhlükəsizlik qaynaqları “Dərviş Afrinli”nin də zərərsizləşdirilə biləcəyinə diqqəti çəkir. PKK xeyli vaxtdır ki, Afrindəki silahlanma və təşkilatlanmanı İraqın şimalındakı Qəndildən verilən tapşırıqlara əsasən həyata keçirir.

Bu arada, Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatı ilə bağlı yeni xəbərlər açıqlayıb. Məlumata görə, bu ana qədər 394 terrorçu öldürülüb, terror təşkilatının 340 hədəfi vurulub. Son olaraq, türk əsgərləri və Azad Suriya Ordusunun döyüşçüləri Əli Bekki yaşayış məntəqəsini ələ keçiriblər. PKK terrorçuları qoyub qaçdıqları əraziləri tərk etməmişdən öncə əvvəlcə minalayırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Afrindəki terrorçular tələyə düşüdülər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp