“Zeytun budağı” əməliyyatı: 306 terrorçu zərərsizləşdirilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın şimalında keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçuların itkiləri barədə rəqəmləri açıqlayıb.

Milli.Az “Report”a istinadən bildirir ki, bu barədə “Haberturk” məlumat yayıb.

Qeyd edilir ki, 14 təyyarə ilə terrorçulara aid 25 hədəf məhv edilib, 306 terrorçu zərərsizləşdirilib.

“Gün ərzində SQ tərəfindən keçirilən əməliyyat nəticəsində PKK, YPQ, PYD və İŞİD-ə məxsus sığınacaqlar, silah anbarı, atəş nöqtələri kimi istifadə olunan 25 hədəf məhv edilib. Əməliyyatda iştirak edən 14 təyyarə bazaya qayıdıb. Əməliyyat başlayandan indiyədək PKK, YPQ, PYD və İŞİD-ə məxsus 306 terrorçu zərərsizləşdirilib. “Zeytun budağı” əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir”, – deyə məlumatda bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp