“Zek” Bakıda tapança ilə gəzirmiş…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

DİN-dən Milli.Az-a verilən məlumata görə, yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırov saxlanılıb. Onun çantasına baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Həyata keçirilən digər tədbirlər nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Həsənabad qəsəbə sakini Çingiz Ağayevin yaşadığı evə baxış zamanı, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları isə Göyçay rayon sakini Daşqın Məmmədovdan ümumilikdə 2  ədəd müvafiq sənədləri olmayan “ТОZ” markalı tüfəng götürüblər. 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Qəhrəman Cəfərov tapdığı 1 ədəd “AKS 74” markalı nömrəsi silinmiş avtomat silahını, 8 ədəd patron və 1 patron darağını könüllü olaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə təhvil verib.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp