Xəstəxanada ŞOK OLAY: santexnik ginekoloq oldu, günlərlə xəstə qəbul etdi və…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiyada xəstəxanaların birində santexnik ustası həkim xalatı geyinərək özünü həkim ginekoloq kimi təqdim edib.

Milli.Az xəbər verir ki, qalmaqallı hadisə ölkənin Sverdlovsk vilayətinin Pervouralsk şəhərində baş verib. 31 yaşlı usta çox sakit və rahat bir şəkildə həkim xalatı ilə içəri girir. Özünü ginekoloq kimi təqdim etdikdən sonra isə bir-birinin ardınca xəstələri qəbul edir. Maraqlısı budur ki, şəxs özünü o qədər rahat aparır ki, nə xəstələr, nə də xəstəxana kollektivi onun kimliyindən şübhə edir. 31 yaşlı fırıldaqçı nə az, nə çox, düz 4 gün xəstəxanada xəstələri qəbul edib.

Nəhayət, həkimlərdən biri ondan şübhələnərək bu barədə polisə məlumat verir. Məlum olur ki, həmin şəxs əvvəllər məhkumluq həyatı yaşayıb. Yaralı halda xəstəxanaya gəlib, vəziyyəti normallaşdıqdan sonra isə ağ xalat geyinərək “həkim” roluna girib və məhz ginekologiya şöbəsinə gəlib. Şöbəyə təzə həkimin gəlişi gözlənildiyindən, heç kim ondan şübhələnməyib.

Özünü çox inamlı aparan “santexnik həkim” polis tərəfindən saxlanılıb. 4 gün ərzində qəbul etdiyi qadınlara yazdığı müalicələrdən hamı razı qalıb. Qadınlardan heç biri ondan şikayətçi olmayıb. Polis də fırıldaqçı “santexnik həkimi” sərbəst buraxıb.

Həmin görüntüləri təqdim edirik. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xəstəxanada ŞOK OLAY: santexnik ginekoloq oldu, günlərlə xəstə qəbul etdi və...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp