Türkiyə Suriyanın şimalında daha bir cəbhə aça bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Suriyanın şimalında, PYD və YPG terror təşkilatlarının nəzarəti altında olan Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Silahlı Qüvvələrindəki mənbə bildirib.

Mənbə qeyd edib ki, Mənbic terrorçuların dislokasiya mərkəzidir:

“Türkiyə Silahlı Qüvvələri “Azad Suriya Ordusu” ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir”.

O əlavə edib ki, Afrində görülən tədbirlər “Zeytun budağı” əməliyyatı ilə məhdudlaşmayacaq.

Qeyd edək ki, ötən gün “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp