Tramp Van Qoqun əsərini istədi, əvəzində unitaz təklif etdilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Solomon Quqqenhaym Muzeyindən Van Qoqun rəsmini istəyiblər, lakin bunun əvəzində onlara qızıl unitaz təklif olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Tramplar məşhur rəssamın “Qarlı peyzaj” (1888-ci il) əsərini öz otaqlarında asmaq istəyiblər. “The Washington Post” qəzeti yazır ki, muzey rəhbərliyi nəzakətlə imtina edib, əvəzində isə müasir rəssam Maurisio Kattalenin “Amerika” adlı interaktiv işini – 18 karatlıq qızılla örtülmüş unitaz təklif olunub.

Qeyd edək ki, “Amerika” il ərzində muzeyin tualetində nümayiş olunub. Tənqidçilərin fikrincə, bu, ABŞ-da ifrat zənginliyi göstərən satirik işdir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp