Toylarında vulkan püskürdü – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Arlo Dela Kruz və Mayça Niçerio-Dela Kruz nikah mərasimindən sonra toy fotosu çəkdirmək istəyirdilər. Toy əsnasında vulkan püskürməyə başlayıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Filippinin mərkəzindəki Albay vilayətində Mayon fəal vulkan sayılırdı.

Arlo və Mayça da vulkanın fonunda şəkil çəkdirməyə başlayanda Mayon “oyanıb”.

Yerli sakinlərin dediklərinə görə, fotoların çəkildiyi zamanı Mayonun püskürməyə başlamasında müəyyən “messic”lər var. Belə ki, yerli əsatirlərə görə, Mayon adlı qız zorla ərə veriləndə sevgilisi ilə birlikdə həmin dağa qaçıbmış.

Mayonun atası ilə onun döyüşçüləri sevgililəri təqib etməyə başlayıblar. Qızının uzaqlaşdığını görəndə ata “Onları vurun!” deyib. Oxlardan biri Mayonun sevgilisinə dəyib və o, həlak olub. Mayon bunu görəndə intihar edib.

Əfsanəyə görə, Mayonla sevgilisi dağ yamaclarından birində dəfn olunub.

Dağa da Mayonun adı verilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Toylarında vulkan püskürdü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp