Televiziya binasını yandırmağa çalışdılar – İsveçdə
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
İsveçin Göteborq şəhərində naməlum şəxs İsveç Teleradio şirkətinin binasını yandırmağa çalışıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb. Məlumatda deyilir ki, səhər saatlarında hadisə yerinə gələn polislər yaralı şəxsi aşkar ediblər.
Şəxs polisə etiraf edib ki, o, pəncərəni sındıraraq binanı yandırmağa cəhd göstərib.
Polislər həmin şəxsi əvvəlcə xəstəxanaya, daha sonra ifadə almaq üçün polis bölməsinə aparıb.
Milli.Az