Tamahkar milyonçular ifşa olundular – Köpək üçün pul yığdılar



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyanın ən məşhur və ən böyük reklam agentliklərindən olan “Saatchi & Saatchi”nin rəhbərlərindən biri, baş strateji meneceri Riçard Hantinqton sosial şəbəkələrdə sərt tənqid olunaraq qınaq obyektinə çevrilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o və xanımı Annabel Börd yardıma ehtiyacı olan insanlar üçün ianə kampaniyalarının keçirildiyi GoFundMe saytında köpəkləri ilə bağlı elan yerləşdirmələridir.

Riçard Hantinton və Annabel Bördün yazdıqlarına görə, onların Uels teryeri cinsindən olan 4 yaşlı köpəkləri Edvard Lirin müalicəsineə 7500 funt-sterlinq gərəkdir.

Britaniyada populyar baytar həkimlərdən olan Noel Fitzpatrikin klinikasında Lirin müalicəsinə məhz bu məbləğdə pul istənilib.

Gərəkli məbləğin artıq 5365 funtu yığılıb.

Fəqət, Riçard Hantinqtonla Annabel Börd bu pulu çox asanlıqla ödəyə bilərlər, çünki onlar milyonçulardır.

Ailənin Londonda 1,2 milyon funtluq dəbdəbəli evi var. Riçardla Annabel tez-tez səyaşətlərə çıxırlar, həmişə də beşulduzlu otellərdə qalırlar.

Köpək Edvard Lirin adına İnstagram-da açılmış səhifənin on minlərlə təqibçisi var. Riçardla Annabel köpəklərinə məşhur brendlərin istehsalı olan paltarları geyindirib onun fotolarını çəkir, paylaşırlar.

Belə imkanlı ər-arvadın sayt vasitəsilə köpəyin müalicəsinə pul yığmağa çalışması isə sosial şəbəkələrdə hiddət doğurub.

Riçard Hantinqton və Annabel Börd fırıldaqçı, yalançı, ikiüzlü, tamahkar adlandırılıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp