Reallıq Azərbaycanın önəminin və nüfuzunun artdığını göstərir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanın və prezident İlham Əliyevin Davos İqtisadi Forumunda nüfuzunun getdikcə artması Azərbaycan diplomatiyasının uğurudur. Əgər əvvəllər Azərbaycan nümayəndə heyətinin Forumdakı çıxışlarına bəzi iradlar tutulurdusa, indi Azərbaycan nümayəndə heyəti Davosda həmişə gözlənilənlərdəndir.

Bunu Milli.Az-a açıqlamasında “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

 Ekspertin sözlərinə görə, prezident İlham Əliyev Davos Forumunda həm siyasi, həm iqtisadi və sosial baxımdan böyük əhəmiyyəti olan çox açıq və qəti fikirlər bildirib: “Çünki Azərbaycan rəhbərliyinin Davosdakı mövqelərinin güclənməsinin arxasında ilk növbədə məhz düzgün qurulmuş iqtisadi siyasət durur. Neftin dünya bazarında qiymətləri kəskin aşağı düşən zaman çoxları deyirdi ki, Azərbaycan iqtisadiyyatı ya çökəcək, ya da ölkədə böyük çaxnaşmalar olacaq. Lakin bunların heç biri olmadı. Azərbaycan iqtisadiyyatını düzgün şəkildə şaxələndirdi. Kənd təsərrüfatı, turizm, nəqliyyata və digər sahələrə diqqət artırıldı. Bununla da ölkədə böhran hiss olunmadı və Azərbaycan bu vəziyyətdən üzüağ çıxdı”.

E.Ələsgərov hesab edir ki, belə bir şəraitdə Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinə olan böyük diqqət ona olan hörmətin və nüfuzunun təzahürüdür: “Dünyanın böyük iqtisadi gücləri açıq şəkildə görürlər ki, Azərbaycan düzgün çıxış yolu tapa bilir. Bundan əlavə, təbii ki, neft və qaz hələ də Qərbin Davosda toplanan rəhbərləri üçün ümid yeridir. Ona görə də ildən-ilə Azərbaycana Davosda olan diqqət və hörmət getdikcə artır. Bu isə həm Azərbaycan prezidentinin keçirdiyi görüşlərdə, həm də iclaslarda hiss olunur. Azərbaycan prezidentinin çıxış etdiyi paneldə Gürcüstandan baş nazir iştirak edirdisə, Ermənistandan ümumiyyətlə heç kim yox idi. Çünki Ermənistanın iqtisadi baxımdan Qərb üçün heç bir önəmi yoxdur. Qafqaz regionunun 70 faizi Azərbaycanın payına düşür və inkişaf edir. Bir var məsələlərə, sadəcə emosional yanaşasan, bir də var reallıqdan çıxış edəsən. Reallıq isə Azərbaycanın önəminin və nüfuzunun artdığını göstərir”.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, TwitterYoutube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp