Rayonlarda uşaqların psixi sağlamlığı yoxlanılacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanın 8 rayonunda uşaq psixi sağlamlıq bölmələri yaradılıb.

Milli.Azxəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, uşaq psixi sağlamlıq bölmələri İmişli, Ağcəbədi, Masallı, Zaqatala, Şamaxı, Abşeron, Şəmkir və Kürdəmir rayonlarındakı Mərkəzi xəstəxanaların mbulator-poliklinika müəssisələrində (şöbələrdə) təşkil edilib. Həmin bölmələrə bu əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq təhkim olunmuş ərazi üzrə uşaqlara psixi sağlamlıq xidmətinin göstərilməsi üçün regional mərkəz funksiyası həvalə edilib.

Uşaq psixi sağlamlıq bölmələrinin tərkibinə rayon (şəhər) tibb müəssisələrinin mövcud ştat vahidləri və əmək haqqı fondu çərçivəsində həkim-psixiatr, loqoped, psixoloq, tərbiyəçi, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı və əmək terapiyası üzrə təlimatçı ştatları daxil edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp