“”Qarabağ” üzərində əzmkar qələbə xoşdur”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu oyun üçün əsas vəzifəmiz oyun praktikası qazanmaq, həmçinin ikinci zonada müdafiənin üzərində çalışmaq idi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın “Mariupol” klubunun baş məşqçisi Aleksandr Babiç deyib.

“Qarabağ”la Türkiyənin Antalya şəhərindəki yoxlama oyununda 3:2 hesablı qələbə qazanan ukraynalıların çalışdırıcısı matç haqda fikirlərini açıqlayıb. O, klubun rəsmi saytına açıqlamasında qarşılaşmadan da, nəticədən də məmnun qaldığını qeyd edib:

“İlk yarıda təşəbbüsü bütünlüklə rəqibə verdik və bütünlüklə qoyduğumuz vəzifə üzərində işlədik. Müdafiədə çox oynadıq və düzgün yerdəyişmələr gerçəkləşdirdik. İkinci hissədə bir az irəlidə oynayıb, rəqibi səhvə yol verməyə məcbur etdik. Belə matçlar çempionata daha keyfiyyətli hazırlaşmaq üçün lazımdı. Təbii ki, hazırda nəticə ilk sırada deyil. Lakin belə yükləmələr fonunda güclü rəqib üzərində əzmkar qələbə qazanmaq xoşdu”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp