PSJ-nin braziliyalı müdafiəçisinə 3 oyunluq cəza



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

PSJ-in müdafiəçisi Dani Alveş 3 oyunluq diskvalifikasiya olunub.

Mİlli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu çempionatın 22-ci turunda “Lyon”a qarşı matçda (1:2) baş hakim Kleman Turpenə kəskin etirazına görə cəzalandırılıb.

Matçın 57-ci dəqiqəsində 34 yaşlı “sambaçı” Turpenin PSJ əleyhinə verdiyi cərimə zərbəsindən qəzəblənmiş və hakimlə üz-üzə dayanmışdı. Bundan sonra referi birbaşa qırmızı vərəqə göstərməklə onu meydandan qovmuşdu.

Qeyd edək ki, aynvarın 22-də baş tutan görüşdə Memfis Depay son saniyələrdə dəqiq cərimə zərbəsi ilə “Lion”a qəlbə qazandırmışdı. Bu, PSJ-nin cari mövsüm Liqa 1-də 2-ci məğlubiyyəti oldu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp