Piyadalar xüsusi işıq qaytarıcılarla təchiz oluna bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda yol qəzalarının qarşısının alınması üçün piyadaların xüsusi işıq qaytarıcı vasitələrdən istifadə etməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Komitəsinin üzvü Şahin İsmayılov komitənin bu gün keçirilən iclasında çıxış edib.

Ş.İsmayılov bildirib ki, ötən il təqribən 700-dən çox insan yol qəzalarında ölüb: “Bu, olduqca çox böyük rəqəmdir. Bır sıra ölkələrin qanunvericliyində yol qəzalarının qarşısının alınması üçün məcburi şəkildə xüsusi işıq qaytarıcı vasitələrdən istifadə edilir. Bir çox ölkələrdə piyadalar üzərində xüsusi işıq qaytarıcı vasitələr olur və onlar gecə bir növ görünən hala gəlirlər. Bəlkə biz də bunu araşdıraq və bu məsələni qanunvericliyə daxil edək”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp