Novruz çərşənbələrinin vaxtı AÇIQLANDI



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

Milli.Az xəbər verir ki, rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 27-də ilk – Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp