Nazirlik Bayıl yamacında baş verən SON DƏYİŞİKLİKLƏR barədə



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda Bayıl yamacında sürüşmə prosesi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov hadisə yerinə deyib.

Onun sözlərinə görə, sonuncu gün sürüşmə cüzi olub: “Burada tədqiqat işləri davam etdirilir, eyni zamanda geoloji araşdırmalar aparılır. Bizim məqsədimiz dərinliyi öyrənməkdir. Yəni, bu proseslər hansı dərinlikdə baş verir. Bu iş qurtarandan sonra digər qurumlar tərəfindən bərkitmə işləri aparılacaq”.

Ə.Qaralov bildirib ki, hazırda yağan yağış sürüşməni sürətləndirmək gücündə deyil: “Hazırda yağan yağışın sürüşməyə təsiri yoxdur. Əgər həddindən artıq qar yağsa, onun təsiri ola bilər. Sürüşmə prosesi hələlik başa çatmayıb, davam edir. Amma proses əvvəlki günlərə nisbətən zəifləyib”.

Qeyd edək ki, son günlər ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.

Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp