Mətbuat katibi Cahangir Hacıyevin vəkilinin ittihamlarına cavab verdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Vəkillik fəaliyyəti bir illik dayandırılan Fəxrəddin Mehdiyev mətbuata açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevi bir müddət əvvəl məhkəmə prosesinin gedişi zamanı müdafiə etdiyi Cahangir Haciyevi ölkədən 10 mld. manat pul çıxarmaqda ittiham edən açıqlama yaymaqda günahlandırıb.

Milli.Az xəbər verir ki, APA bu fikirlərə münasibət bildirməsi üçün Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyevə müraciət edib. M.Piriyev bildirib ki, ümumiyyətlə, əvvəldən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbərinin müdafiəsini həyata keçirən vəkillər müdafiə etdikləri şəxsin hüquqlarını hüquq müstəvisində, məhkəmə proseslərində qorumalı olduqları halda mətbuat səhifələrində həmin işlər üzrə həqiqəti əks etdirməyən məlumatlar yaymaqla məşğul olublar. Vəkillərin bu əməlləri hələ də davam etdirdiyini deyən M.Piriyev qeyd edib ki, belə ucuz və uğursuz gedişlər nəticə etibarı ilə məhz onların özlərini ifşa edib.

Bunları əsas gətirən Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, məhz hüquq müstəvisində fəaliyyət göstərmədiklərinə və həqiqətləri əks etdirməyən məlumatlar yaymaqla intizam xətasına yol verdiklərinə görə bu günlərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcovun cəzalandırılıb.

“Vəkil F.Mehdiyevin son açıqlaması da əvvəlkilər kimi yalan üzərində qurulub və ictimaiyyəti çaşdırmağa yönəlib. Qeyd olunan işlə bağlı mənim açıqlamam 02 Sentyabr 2016 il tarixində APA-da dərc olunub. Və istənilən şəxs internetə daxil olaraq həmin açıqlama və orada səslənən rəqəmlərlə tanış ola bilər”, – deyə M.Piriyev əlavə edib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp