Kəmaləddin Heydərov Bayıla gəldi – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

“Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Ərazidən 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkündür.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp