“İranlı ilə tanış oldum, o verdi” – Narkotik satıcısı tutuldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

8 kq narkotik maddə müsadirə olundu.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan Rəhman Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Onun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 7 kiloqram tiryək və 1 kiloqram qurudulmuş marixuana olması barədə rəy verilib. 

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Məmmədov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib:

“Bu yaxınlarda İrandaydım. İranlı ilə tanış oldum, o, mənə mal göndərdi. Satıb pulun verəcəkdim. Malı gətirəndə polis saxladı”.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp