İngilis hakim azan səsini eşitdi, futbol oyununu dayandırdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avropanın ən prestijli hakimlərindən olan ingilis əsilli Mark Klattenburq Səudiyyə Ərəbistanında maraqlı bir jestə imza atıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hakim Mark oyun vaxtı azan oxunanda yarışı dayandırıb.

Hadisə “Al Feiha” və “Al Fateh” komandalarının oyunu zamanı baş verib. Səudiyyə Ərəbistanı Kral Kuboku oyununu idarə edən Klattenburq azan oxunan kimi yarışı dayandırıb.

Azan başa çatdıqdan sonra oyun yenidən başlayıb. Hakimin bu hərəkəti Səudiyyə Ərəbistanında böyük rəğbətlə qarşılanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İngilis hakim azan səsini eşitdi, futbol oyununu dayandırdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp