GUAM regional əməkdaşlıq formatı kimi mühüm rol oynayır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM həll olunmamış münaqişələrdən əziyyət çəkən ölkələr üçün regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında Avropa İttifaqının (Aİ) təşkilatdakı Daimi nümayəndəliyinin ATƏT Parlament Assambleyasının prezidenti Georgi Seretelinin çıxışına cavab olaraq yaydığı bəyanatda bildirilir.

G.Seretelinin 2017-ci ilin dekabrında Tbilisidə GUAM Parlament Assambleyasına səfərinə toxunan nümayəndəlik qeyd edib ki, həlli uzanmış münaqişələrin həllinə göstərilən diqqəti alqışlayır:

“ATƏT Parlament Assambleyasının əməkdaşı olmaqla yanaşı, GUAM davam edən və həlli uzanmış münaqişələrdən əziyyət çəkən ölkələr arasında regional əməkdaşlıq formatı kimi mühüm rol oynayır”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp