Göyərtəsində azərbaycanlıların olan itən gəminin axtarışları davam edir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yapon dənizində itən “Vostok” gəmisinin axtarışlarına Be-200 təyyarəsi və Mi-8 vertolyoyu cəlb edilib.

Trend-in “RİA-Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiya FHN-in Uzaq Şərq bplgəsi üzrə xilas-axtarış qrupunun təmsilçisi deyib.

Xatırkadaq ki, gəminin göyərtəsində olan azərbaycanlıların adları açıqlanıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.

“Vostok” gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp