Galaxy A8/A8+ – detalların cazibəsi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Tezliklə Azərbaycan bazarında da Samsung-dan 2018-ci ilin ən yeni modelləri – Galaxy A8 və A8+ təqdim olunacaq. Bu smartfonların zahiri görünüşü ilbəil flaqmanları xatırladaraq, bənzər dəyişikliklərə məruz qalırlar. Belə ki, Galaxy A seriyasının dizaynı daha çox düzbucaq formasını xatırladır, A8+ smartfonun korpusu isə eynilə Galaxy Note8 və S8-ə bənzəyir. Smartfonların ön və arxa panelləri cızılmaya davamlı gücləndirilmiş şüşə səthlə qorunur. Oleofob örtüyə malik olan bu şüşə, korpus üzərində ləkələrin və barmaq izlərinin yaranmasının qarşısını alır. Korpusun yan hissələri metal çərçivə ilə haşiyələnib, lakin, bu metal bir çoxlarında olduğu kimi “parıltılı deyil”, son trendlərə uyğun olaraq – “mat” effektlidir. Galaxy A8 və A8+ modellərinin çərçivəsini “sərhədsiz” displeyi əhatə edir və özünə diqqət cəlb edərək, yenilik və trendlərə uyğunluq hissi yaradır. Üzərindən istehsalçı loqosu və mexaniki “Home” düyməsi ləğv olunan ekran, indi ön panelin çox hissəsini təşkil edir. Barmaq izi skaneri isə yerini dəyişərək, korpusun arxa hissəsində yerləşdirilib. Daha bir yenilik isə frontal kameranın iki sistemdən ibarət sensor ilə işləməsidir. 16 və 8 MP olan bu sensorlar, gözəl selfilər çəkmək və arxa fona “bulanıq” effekti verilməsi üçün istifadə olunur. Yeni smartfonların zərif dizaynı, su və tozdan IP68 standartına uyğun müdafiə ilə tamamlanır.

Samsung Galaxy A8 və A8+ modellərini şirkətin flaqmanlarından ayırd etmək olduqca çətindir, həmçinin smartfonların daxili təchizatı da olduqca güclüdür. Buradan da yeni obraz yaranır – A-seriyanın təmsilçiləri premial smartfonlara olduqca yaxındır.

Samsung Galaxy A8 və A8+ smatrfonları haqqında əlavə məlumatla Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az və Soliton mağazalar şəbəkəsində tanış ola biləcəksiniz.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp