FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yaydı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Çadırlı kəndində “VAZ” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması baradə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər tərəfindən minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1978-ci il təvəllüdlü Əliyev Rövşən Maarif oğlunun meyiti çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp