“Fəaliyyətimi saxlamışam” – Namiq Qaraçuxurlu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Artıq ağrılı günlərim geridə qalıb. Gips artıq çıxıb. Məndə açıq sınıq idi. Sümüyüm əti cırıb çıxmışdı. Onun bərpası üçün zaman lazımdır. Fevralın 15-i əməliyyatın 2 ayı tamam olur. İnşallah, o vaxt ayağa qalxa biləcəm. Hər yerə çəliklə gedirəm güc düşməsin deyə. Hardasa işim olanda gedə bilirəm”.

Milli.Az bildirir ki, bu sözləri ARB TV-nin “Günə son” verilişinə açıqlaması zamanı meyxana ustadı və müğənni Namiq Qaraçuxurlu deyib.

O, ayağının sınması ilə bağlı danışıb:

“Demək olar ki, sənət dostlarımın çoxu gəldi. Təşəkkür edirəm hər kəsə. Hələ ki fəaliyyətimi saxlamışam. Ağrılar olduğu üçün yazıb-poza bilmirəm. Fevralın 22-si İranda çıxışım var. Dünən dostlarımla görüşmüşdüm. Gəlib evdən məcbur çıxartdılar. Bu gün də yenə çıxıb görüşəcəm. Havamı dəyişməliyəm”.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp