“Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması barədə fikir reallıqdan uzaqdır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.

Milli.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə açıqlamasında deyib.

E.Babayev bildirib ki, bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir.

2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri












Ölkə

Pensiyanın orta aylıq məbləği (ABŞ dolları ilə)

Azərbaycan

126,69

Ermənistan

78,52

Belarus

154,43

Gürcüstan

54,27

 

Qazaxıstan

201,45

Qırğızıstan

73,17

Moldova

82,07

Rusiya

214,95

Tacikistan

31,03

Ukrayna

72,98

Mənbə: Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp