“Duet oxumağa ehtiyacım yoxdur” – Damla Pərvizə söz atdı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ARB TV-nin “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Damla olub.

O, ilk olaraq, duet oxuduğu hər bir müğənniylə münasibətinin yaxşı olduğunu bildirib:

“Pərviz, Nicat, Elnar 3-ü də dostumdur. Heç bir zaman çörək kəsdiyi bir insanın arxasınca danışmaram. Pərvizin uğurlarına çox sevinirəm. Bu gün Damlanın kiminləsə duet oxumağa ehtiyacı yoxdur. Həmçinin Pərvizin də”.

Müğənni yeni duet ortağı Nicat Həsənlidən də söz açıb:

“Mən istəyirəm ki, Nicat ulduz olub yanımdan düz keçsin. Hətta mən onun o halına gülərəm ki, Nicat da ulduzdur. Sevinərəm ki, dostlarım ulduz olub”.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Duet oxumağa ehtiyacım yoxdur" - Damla Pərvizə söz atdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp