Dövlət qurumları vəd verir, sakinlər isə yolda qalıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Sərnişin avtobuslarının Sumqayıt şəhərinə buraxılmaması səbəbindən sakinlər yolda qalıb.

Milli.Az bildirir ki, söhbət Abşeron rayonu, Saray qəsəbəsindən gedir. 522 nömrəli marşrut xətti izrə işləyən avtobuslar “Yeni saray” adlanan yaşayış massivindən keçməklə Sumqayıta və ya əks istiqamətə hərəkət edib. Hazırda həmin marşrut xətti dayandırılıb. Avtobusların Sumqayıt şəhərinə buraxılmaması səbəbindən sakinlərə, eləcədə şagirdlərə çətinliklər yaranıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi Əhməd Rüstəmov deyir ki, xidməti marşrutlar kiçik tutumlu olduğundan, artıq istismar müddətini başa vurub və yenisi ilə, daha iri həcmli avtobuslarla əvəz olunması nəzərdə tutulub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirildi ki, qeyd olunan marşruta müasir tipli, orta tutumlu avtobusların buraxılması nəzərdə tutulub. Lakin həmin avtobusların hərəkət etdiyi Saray qəsəbəsinin küçə və yollarının əsaslı təmiri üçün aidiyyəti qurumlara müraciət edilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Saray qəsəbəsində avtobus problemi yaşanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp