Dollar daha da güclənəcək – Tramp



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ prezidenti Donald Tramp daha güclü dollar görməyi arzulayır.

Milli.Az Trend-ə istinadən bildirir ki,  o, bunu CNBC telekanalına müsahibəsində deyib.

D.Tramp qeyd edib ki, dollar getdikcə daha da güclənəcək.

Prezident əlavə edib ki, ABŞ maliyyə naziri Stiven Mnuçinin zəif dollar haqqında fikirləri kontekstdən çıxarılıb və düzgün anlaşılmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl S.Mnuçin Davosda dolların zəifləməsinin xarici ticarət baxımından ABŞ iqtisadiyyatına xeyirli olacağını demişdi.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp