Çexiyada prezident seçkilərinin ikinci turu başladı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çexiyada prezident seçkilərinin ikinci turu start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  səsvermə birinci turda olduğu kimi iki gün ərzində keçiriləcək.

İlkin nəticələr sabah Bakı vaxtı ilə 21:00-da məlum olacaq.

Qeyd edək ki, seçkilərin birinci turu yanvarın 12-13-də keçirilmişdi. Nəticələrə əsasən hazırkı prezident Miloş Zeman 38,5 faiz, Yirji Draqoş 26,6 faiz səs toplamaqla ilk iki yeri tutaraq ikinci tura qalmışdı.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp