Boksçu, pianoçu, it həvəskarı və ya sadəcə Aleksis Sançez



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Mançester Yunayted”in yeni transferi Aleksis Sançez Cənubi amerika futbolunun ən görkəmli simalarından biridir.

Milli.Az goal.az-a istinadən onun həyatı haqqında maraqlı faktları təqdim edir.

Sançezin doğma şəhəri Tokopilya səhra və dəniz arasında yerləşir. Elektrostaniya və zavod bu kiçik yaşayış məntəqəsini iki hissəyə bölür. Şəhərciyin səmasında tez-tez qara tüstü görmək olar. 2007-ci ildə Tokopilyada güclü zəlzələ baş verdi. Bu təbii fəalkətin nəticələri indi də tam aradan qaldırılmayıb. Aleksis doğma şəhərinə bağlı insandır. İstirahət günləri və tətil zamanı bura gələn futbolçu yaxınlarına baş çəkir, sadə insanlarla barda ünsiyyət qurub içki içir, avtoqraf və şəkil çəkdirmək həvəsində olan fanatlarının ürəyini qırmır. O, bir neçə dəfə şəhər yük maşınını hədiyyələrlə dolduraraq əhaliyə paylayıb. Tokopilyada Milad ərəfəsində insanlar onun müqəvvasını hazırlayıb yandırırlar. Ümumi təsəvvürün əksinə olaraq, Cənubi Amerikada Yeni ildə tanınmış şəxsiyyətlərin müqəvvasını yandırmaq xeyirli hesab olunur.

Aleksis atasız böyüyüb. Onun anası Martina iki işdə çalışmalı olub. Əvvəlcə, qonşu şəhərdə balıq satır, sonra qayıdıb Tokopilyada yerləşən məktəbdə təmizlik işləri görürmüş. Bu məktəbdə onun 4 övladı – qızları Macori və Tamara, oğlanları Umberto və Aleksis təhsil alırdı. Aleksis özü də ailəyə kömək etməyə çalışırdı. O, avtomobil parkında maşınlara nəzarət edir, işıqforda nəqliyyat vasitələrini yuyardı. Bəzən diqqəti cəlb etmək üçün səkidə maraqlı trüklar göstərməyə başlayırdı. Bədəni möhkəmlənəndən sonra boks da pul gətirdi. “Kimdəsə köhnə boks əlcəkləri vardı. Aleksis onları geyinib döyüşə girişdi. Sonra buna görə pul alırdı. Bu idman növü onun xoşuna gəlir, hələ də boş vaxtlarında boksla məşğul olur” – Sançezin qardaşı Umberto deyirdi. Onun digər hobbisi piano çalmaqdır.

Aleksisin Avropada ilk klubu “Udineze” oldu. Udinedə qazandığı ilk pula anası üçün ev tikdirdi. Hazırda Tokopilyada onun şəxsi vəsaiti ilə tikilən bir neçə futbol meydançası var. Bunlardan 5-ni inşa etdirmək üçün Aleksis 140 min funt ayırmışdı. “İstəyirəm ki, uşaqların oyun meydançası olsun. Kiçik yaşlarımda belə imkanım yox idi. Amam bəxtim gətirdi, ölkə xaricinə çıxdım. Tokopilyada bu nadir hadisədir” – 28 yaşlı futbolçu deyir.

Sançezin özünə idman ayaqqabısı almağa da imkanı olmayıb. Doğma şəhərciyində keçirilən bir turnirdə oynamaq üçün 14 yaşlı Aleksis yoldaşının butsunu götürür. Performansı ilə hamını təəccübləndirən yeniyetməyə şəhərin meri yeni butslar hədiyyə edir. Həmin vaxta qədər ayaqyalın oynamalı olurdu. Meydançada daş-kəsək çox olduğundan Aleksis yüngülcə tullanırdı. Bu xüsusiyyət hazırda da onun qaçışında özünü göstərir. Çilidə Sançezə “dələ” deyirlər. Top ayağaca düşəndə tərəddüd etmədən ora dırmaşması bu ləqəbin verilməsinin digər səbəbidir. Uşaq olanda özündən 5-6 yaş böyük rəqiblərini asanlıqla keçməsi diqqəti cəlb etmişdi.

Aleksis 18 yaşında Çilinin gənclər yığması ilə Kanadada təşkil olunan dünya çempionatında bürünc medala sahib çıxır. Bundan 1 il öncə maraqlı hadisə ilə üzləşir. U-19 Çilinin əsas komandası ilə yoxlama oyunu keçirməli idi. Aleksis paltardəyişmə otaqlarını səhv salır. Milli üzvləri onu kəskin baxışlarla süzürlər. “Burda nə unutmusan, oğlan?” – bəziləri soruşur. Özünü itirən yeniyetmə təchizat üzrə menecerə ilişir. Artıq 5 aydan sonra Aleksis bu paltardəyişmə otağına Çilinin əsas komandasının futbolçusu kimi girirdi. Elə həmin il ona Cənubi Amerikanın “Arriqo Sakki”si adlandırılan Klaudio Borcidən zəng gəlir. O, gənc hücumçunu “Colo-Colo” klubuna dəvət edir. Çaşqın halda Borcinin kim olduğunu soruşur. Uzun izahatdan sonra tərəflər razılaşır.

Borcinin komandasında aleksisin yolu Çili futbolunun əfsanəsi Marselo Salasla kəsişir. Sançez İtaliya A Seriyasına gedəndə Salasın ona köməyi dəyir. “Lazio” və “Juventus”da oynamış veteran hücumçu italyan dilində ən çox işlənən sözlərin siyahısını tutur. Salasın müəllimliyi uğurlu alınır. Aleksis “Udineze”də keçirdiyi ilk mətbuat konfrnasında italyanca cümlə işlətməklə jurnalistləri təəccübləndirir.

Sançez Mançester şəhərinə illər öncə gəlmək imkanına malik olub. Aleks Ferqyusson onu ikinci Ronaldo etmək istəyirdi. İstedadlı futbolçunu “Mançester City” də transfer etməyə çalışırdı. 2011-ci ildə “şəhərlilər” “Udineze” ilə 30 milyon avro transfer qiymətini razılaşdırır, amma Aleksis buna razı olmur. “Real” ona görə çater reysi təşkil edir. Lakin onun arzusu “Barselona”da oynamaq idi. Tezliklə katalonlar Sançezin arzusunu reallaşdırır, “Udineze” isə transferdən kifayət qədər yaxşı pullar qazanır. Aleksis “Barselona”nın tarixinə ilk çilili futbolçu kimi düşür və Ronaldonun şərəfinə 9 nömrəli formanı götürür. İlk vaxtlar onu komandada heç kim başa düşmür. Sançez ispan dilində ləhcə ilə danışırdı. Bu ləhcə Tokopilya üçün xarakterikdir. Çililinin dilini sərhəd qonşusu Argentina təmsilçisi başa düşür. Lionel Messi, bir növ, onun tərcüməçisi olur.

Aleksis retriver cinsindən 2 it saxlayır. Onları tez-tez şlyapa, eynək, “Minni Mouse” qulaqları ilə bəzəyir. İtlərini məşqlərə aparan futbolçu onların adlarını butsuna həkk edib. Atom və Hamberə adlı itlərə azarkeşlər “Emirates” stadionunda xüsusi bannerlər açırdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp