“Barselona” Kral Kubokunun yarımfinalına çıxıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
“Barselona” futbol klubu İspaniya Kubokunun ¼ final matçında “Espanyol” komandası ilə üz-üzə gəlib.
Milli.Az report.az-a istinadən bildirir ki, “Kamp Nou” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 qələbəsi ilə başa çatıb.
Qolları rəqib komandasının qapısından Luis Suares və Lionel Messi keçirib. Bununla da “Barselona” iki oyunun nəticəsinə görə Kral Kubokunun yarımfinalına çıxıb.
İlk oyun “Espanyol”un 1:0 qələbəsi ilə başa çatıb.
Milli.Az